Samuxda kross yarışı üzrə rayon birinciliyi
Fevralın 1-də Samux rayonunda Gənclər günü münasibətilə gənclər arasında kross yarışı üzrə rayon birinciliyi keçirilib.

Samux şəhər Heydər Əliyev prospektində 52 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi rayonda idmanın kütləviliyini təbliğ etmək olub.

Sonda Şərif Mustafayev birinci yerə, Mustafa Nəsibov ikinciyə, Ruslan Abbasov üçüncüyə layiq götrülüblər.

Xəbər 837 dəfə oxundu.