Sumqayıtda yunan-roma güləşi üzrə tədbir
31yanvar – 1 fevral tarixlərində "Alüminumçu" İdman Evində gənc 18-20 yaş yeniyetmələr arasında yunan-roma güləşi üzrə tədbir keçirilib.

50 iştirakçının iştirakı ilə keçirilən yarışda Ruslan Mustafayev (55kq), Zahid Ələkbərzadə (60kq), Elşad Şahmuradov (66kq), Sahib Quliyev (74kq), Kamran Bədəlov (84kq), Ümüd Nəcəfov (96kq) və Elnur Süleymanlı (l20kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xəbər 1235 dəfə oxundu.