Ronaldo ilginc rekorda imza atıb
“Real”ın futbolçusu Kriştiano Ronaldo ilginc rekorda imza atıb. Portuqaliyalı futbolçu “Qranada” ilə oyunda imza atdığı avtoqol futbolçunu La Liqanın tarixinə salıb.

Belə ki, son turun səfər matçında komandasının məğlubiyyətinə səbəb olan topu qapıya vuran Ronaldo öz komandası “Real” da daxil olmaqla La Liqada çıxış edən bütün klubların qapısına ən azı bir qol vurub.

Qeyd edək ki, bu Ronaldonun karyerası ərzində ilk avtoqoludu.

Xəbər 806 dəfə oxundu.