“Moskva Open 2013” | |
2013-cü il yanvarın 31–dən fevralın 11-nə kimi Rusiyanın paytaxtı Moskva şəhərində “Moskva Open 2013” ənənəvi beynəlxalq şahmat turniri keçiriləcək. Azərbaycanı həmin turnirdə 15 şahmatçı təmsil edəcək. A turnirində (güclülər)- Milli komandanın üzvləri beynəlxalq qrossmeysterlər Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və beynəlxalq ustalar Ülvi Bacarani, Bəhruz Rzayev və qadın şahmatçımız beynəlxalq usta Abdulla Xəyalə; B turnirində (qadinlar arasında turnir)- beynəlxalq usta Nərmin Kazımova , Səbinə İbrahimova, Nərmin Söyünlü, Turan Əsgərova və fide ustası Günay Məmmədzadə; C turnirində - Vüsal Əhmədov, Səbuhi Xosrovov, Elxan Bayramov və Eldar Musayev iştirak edəcəklər. İkinci trun nəticələrinə görə, A turnirində iştirak edən şahmatçılarımız Qədir Hüseynov (1.5 xal), Vasif Durarbəyli (1 xal), Ülvi Bacarani (1 xal), Bəhruz Rzayev (1 xal), Abdulla Xəyalə (0.5 xal) toplayıblar. Rauf Məmmədov isə 2 mümkün xaldan 2 xal toplayaraq liderlər qrupundadır. B turnirində Nərmin Kazımova 2 mümkün xaldan 2 xal toplayaraq liderlər qrupundadır. Digər şahmatçılarımız Səbinə İbrahimova (1.5 xal), Günay Məmmədzadə (1.5 xal), Turan Əsgərova (1 xal) toplayıblar. C turnirində iştirak edən şahmatçılarımız Elxan Bayramov (1 xal), Eldar Musayev (0.5 xal) toplayıblar. |
|
Xəbər 925 dəfə oxundu. |
|
|