“Sumqayıt” heyətinə daha bir futbolçu qatıb
“Sumqayıt” heyətinə daha bir futbolçu qatıb. Premyer Liqa klubu “Anji”nin əvəzedici heyətindən Eldar Cankişiyevlə anlaşıb.

19 yaşadək futbolçulardan ibarət millimizin üzvü icarəyə götürülüb. O, mövsümün sonunadək “Sumqayıt”ın uğurları üçün çalışacaq. Eldarla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Eldar Cankişiyev yarımmüdafiəçidi. 1994-cü ilin 26 iyulunda Mahaqqalada dünyaya gələn futbolçu bu ilin yayında 19 yaşını tamamlayacaq. 2011-ci ildən – “Anji” də, 2002-ci ildən Milli Uşaq və Olimpiya Ehtiyatları Gənclər İdman Məktəbində futbolun sirrlərini öyrənməyə başlayan Eldar 2011-ci ildən “Anji”də çıxış edir. 66 kq çəkisi olan oyunçunun boyu 1,73 metrdi.

Xəbər 825 dəfə oxundu.