“Simurq”un istirahəti başa çatıb
Antalya toplanışı başa vuraraq vətənə dönən “Simurq”un istirahəti başa çatıb. Zaqatala klubu dünən günün ikinci yarısında məşqlərə start verib.

Millinin düşəprgəsində olan Rasim Ramaldanov və İlkin Qırtımovdan başqa bütün futbolçular məşqə qatılıb. Bununla da Premyer Liqanın XIX turu çərçivəsində fevralın 9-da AZAL-la keçiriləcək oyunun hazırlığına start verilib.

Xəbər 803 dəfə oxundu.