İtaliya A Seriyasında 23-cü turun oyunları keçirilib
İtaliya A Seriyasında 23-cü turun oyunları keçirilib. “Milan” doğma meydanda “Udineze”ni qəbul edib.

Qarşılaşma 2-1 hesabı ilə ev sahiblərinin qələbəsi ilə başa çatıb. Oyuna damğasını vuran isə “qırmızı-qaraların” yeni transferi Mario Balotelli olub. Matçın 25 və 90 (P) dəqiqədə rəqibi məyus etməyi bacarıb. Qonaqların yeganə qoluna isə Ciampiero Pinzi imza atıb.

Xəbər 797 dəfə oxundu.