Şamaxı rayonunda cüdo idman növü üzrə turnir keçirilib
Şamaxı rayon Gənclər və İdman idarəsinin tədbirlər planına uyğun olaraq 2-3 fevral tarixlərində Olimpiya Ümüdləri İdman klubunun zalında “Gənclər günü” nün qeyd olunması münasibəti ilə 13-15 və 10-12 uşaqlar arasında cüdo idman növü üzrə turnir keçirilib. Turnirin əsas məqsədi “Gənclər günü” nün qeyd olunması və cüdo idman növü üzrə rayonun yeniyetmələrdən ibarət yığma komandasının tərkibini müyyən etmək olub.

Turnirdə hər iki təvvəllüd üzrə 18 cəki dərəcəsində 75-ə yaxın yeniyetmə idmançı öz güclərini sinamaq üçün mübarizəyə qoşulub.

Turnirin baş hakimi cüdo üzrə idman ustası, Şamaxı rayon Gənclər və İdman idarəsinin rəis müavini Əliosmanov Bəhlul Babahəsən oğlu təyin olunub. Gərgin və cox maraqlı idman yarışmasından sonra qaliblər müəyyən olunub. Qalib gəlmiş idmançılar Şamaxı rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlar və qiymətli hədiyyələrlə təltif olunublar.

Xəbər 951 dəfə oxundu.