Bakı şəhərinin XXXI Yay Olimpiya və XV Paralimpiya oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI | |
Olimpiya oyunları dünyanın bütün dövlətlərinin diqqət mərkəzində olan ən möhtəşəm və mühüm idman tədbiridir. Müasir dövrdə hər bir dövlətin Olimpiya hərəkatındakı iştirakı, onu təmsil edən idmançıların Olimpiya oyunlarında göstərdikləri nəticələr respublikanın təkcə idman sahəsindəki potensialını deyil, həm də ümumi inkişaf səviyyəsini nümayiş etdirir, beynəlxalq nüfuzuna təsir göstərir. İdman sahəsində həyata keçirilən dövlət siyasətinin daha da güclənməsi, Olimpiya hərəkatının genişlənməsi, idman və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği məqsədi ilə Bakı şəhərinin XXXI yay Olimpiya və XV Paralimpiya oyunlarını keçirmək üçün namizədliyi irəli sürülmüşdür. Bu cür mötəbər yarışların Azərbaycanın paytaxtında keçirilməsi ölkənin dünya idman aləmində nüfuzunun artmasına şərait yaradacaqdır. Bakı şəhərinin XXXI yay Olimpiya və XV Paralimpiya oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə qərara alıram: 1. Bakı şəhərinin XXXI yay Olimpiya və XV Paralimpiya oyunlarını keçirmək üçün namizədliyinin dəstəklənməsi məqsədi ilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın: Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Təşkilat Komitəsinin üzvləri Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Füzuli Ələkbərov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Heydər Babayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri İsmət Abbasov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri Arif Vəliyev - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Kərəm Həsənov - Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Səttar Mehbalıyev - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Cahangir Əsgərov - Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktoru Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Arif Alışanov - “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri İlqar Rəhimov - Azərbaycan Respublikası Paralimpiya Komitəsinin prezidenti Ağacan Abiyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Çingiz Hüseynzadə - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Elman Rüstəmov - Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev - Azərbaycan Respublikası Beynəlxalq Bankının İdarə Heyətinin sədri Anar Rzayev - Azərbaycan Yazıçılar Birliyinin sədri Firəngiz Əlizadə - Azərbaycan Bəstəkarlar İttifaqının sədri Fərhad Xəlilov - Azərbaycan Rəssamlar İttifaqının sədri Fərid Mansurov - Olimpiya çempionu Namiq Abdullayev - Olimpiya çempionu Zemfira Meftəhətdinova - Olimpiya çempionu İlham Mədətov - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri (məsul katib) 2. Təşkilat Komitəsinə tapşırılsın ki, Bakı şəhərinin 2016-cı il XXXI yay Olimpiya və XV Paralimpiya oyunlarını təşkil etmək üçün namizəd şəhər kimi irəli sürülməsi ilə bağlı bütün məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə tapşırılsın ki, namizəd şəhərin Olimpiya oyunlarını keçirmək üçün namizədliyinin qəbul edilməsi proseduruna uyğun olaraq, Beynəlxalq Olimpiya Komitəsinə təqdim etmək üçün, Təşkilat Komitəsi ilə razılaşdırmaqla, sifariş kitabını hazırlasınlar. 4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 26 sentyabr 2007-ci il. |
|
Xəbər 1138 dəfə oxundu. |
|
|