Rəsul Cunayev: Bu, ilk qızıl medalımdır
«Bu yarışa ciddi hazırlaşmışdım. Çünki İstanbuldakı turnir mövsümün ilk sınağı idi. Qələbə növbəti uğurlara təkan verəcəkdi. Sevinirəm ki, yekunda istidəyimə nail oldum».

Bunu «İdman» qəzeti və idman.com.az saytının İstanbula ezam olunmuş əməkdaşına milli komandamızın yunan-Roma güləşçisi Rəsul Cunayev deyib. Vəhbi Əmrənin xatirəsinə keçirilən turnirdə 66 kq-da çempion olmuş gənc pəhləvan qeyd edib ki, qazandığı qızıl medal ustalar arasında ilk belə nailiyyət olub:

«Düzü, böyüklər arasında ilk dəfə belə yüksək nəticə qazanırdım. 4 görüşdən ən çətini belaruslu rəqibimlə keçdi. Finalda iranlı tərəf-müqabilim də güclü idi. Amma onu tanımırdım. Adətən, belə məqamlar mənim işimə yarayır. Çalışacağam ki, 66 kq-da liderliyimi bundan sonra da qoruyum».

Kamran HACI

Xəbər 1276 dəfə oxundu.