İlk gündə 2 medal

Bu gün İstanbulda Vəhbi Əmrənin xatirəsinə yunan-Roma güləşçiləri arasında FİLA-nın «Qızıl qran-pri» mərhələsi çərçivəsində beynəlxalq turnir start götürüb. İdman.com.az saytının məlumatına görə, Əhməd Comərd İdman Salonunda təşkil edilmiş yarışda 10-a dövlət iştirak edir.

Xəbər verdiyimiz kimi, bu rəqabətdə Azərbaycan milli komandası da iştirak edir. Seçməmizin iranlı yeni məşqçilər korpusu Türkiyə sınağında əsasən «ikinci nömrələr»ə şans verib.

İlk yarış günündə 2 medal qazanılıb. 66 kq-da mübarizə aparan Rəsul Cunayev finalada iranlı rəqibi – Məhəmməd Kərimini aşkar üstünlüklə qalib gəlib - 3:0, 1:0.

London olimpiadasından sonra məşqlərə xeyli ara vermiş Vitali Rəhmovun (66 kq) yeni mövsümdə ilk sınağı uğurlu olub. Titullu güləşçimiz bürünc mükafat uğrunda mübarizədə yerli idmançı Ataqan Yüksəli yenib.

Təəssüf ki, bu çəkidə medal qazanmaq şansını Rüstəm Əliyev qaçırıb. O, həlledici görüşdə belaruslu Qardaş Yaraslauya uduzub. Radomir Petkoviç (120 kq) isə yeri pəhləvana məğlub olub.

Qeyd edək ki, turnirin qalibi 2000, 2-ci yer sahibi 1000, 3 cü yerləri tutanlar 500 ABŞ dolları qazanırlar.

Kamran HACI, İstanbul

Xəbər 928 dəfə oxundu.