“Qaradağ” bir neçə yoldaşlıq oyununda qüvvəsini sınayacaq
Antalyada təlim-məşq toplanışı keçirəcək “Qaradağ” bir neçə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Artıq I divizion təmsilçisinin rəqiblərindən biri müəyyənləşib.

Belə ki, Adil Mahmudov yetirmələrini İsveçrənin “Aarau” klubu ilə oyunda sınayacaq. Emirhan İdman Kompleksinin stadionunda baş tutucaq qarşılaşma Bakı vaxtı ilə saat 17.30-da başlayacaq.

Qeyd edək ki, “Aarau” İsveçrənin ikinci liqasında çıxış edir. 10 klubun iştrak etdiyi liqada “Qaradağ”ın rəqibi 18 oyundan sonra 37 xalla ilk pillədə qərarlaşıb və qarşıdakı mövsüm əsas liqaya qalxmağa real namizəddi. “Aarau” 18 oyunda 11 qələbə qazanıb, 4 heç-heçə edib və 3 dəfə məğlub olub. Top fərqi – 37:25.

Xəbər 807 dəfə oxundu.