Azər Məmmədov yenidən "Kəpəz"də
"Kəpəz"in sabiq kapitanı Azər Məmmədov karyerasını başa vursa da, komandanı tərk etməyib. O, bundan sonra Gəncə klubunda məşqçilik edəcək:

Məmmədov bununla bağlı təəssüratlarını "Kəpəz"in rəsmi saytına bildirib: "Klub rəhbərliyi mənə məşqçi işləməyi təklif etdi. Futbolu sevirəm və karyeramı bitirdikdən sonra da bu sahədə çalışmağı istəyirdim. Belədə dəvəti qəbul etdim. Artıq işimin başındayam. Əvəzedicilərlə çalışıram. Bu işə qol qoymuşamsa, çalışacağam ki, uğur qazanım".

Xəbər 1035 dəfə oxundu.