Azər Məmmədov futbolçu karyerasını başa vurub
Gəncənin “Kəpəz” komandasının təcrübəli üzvü, kapitan Azər Məmmədov futbolçu karyerasını başa vurmuşdur.

Gəncə futbol məktəbinin yetişdirdiyi ən güclü oyunçulardan biri olan 36 yaşlı müdafiəçi karyerası ərzində “Kəpəz” ilə yanaşı, “Xəzri”, “MOİK”, “Şəmkir”, “Turan”, “Qarabağ” və “Qəbələ” kimi klubların da şərəfini qorumuşdur.

Dördqat Azərbaycan çempionu və beşqat ölkə kubokunun sahibi A.Məmmədov, həmçinin çempionatın gümüş və bürünc medallarını da qazanmışdır. “Kəpəz” komandasında 388 oyunda meydana çıxan futbolçu A.Məmmədov rəqib qapılarından 18 top keçirmişdir.

“Kəpəz” klubunun rəhbərliyi komanda üçün xidmətlərini nəzərə alaraq, artıq sabiq futbolçuya məşqçi işləməyi təklif etmişdir. Dəvəti müsbət cavablayan kapitan, əvəzedici heyətdə baş məşqçinin köməkçisi təyin olunmuşdur.

AzərTAc

Xəbər 985 dəfə oxundu.