Azərbaycan yığması yoldaşlıq oyunu keçirib
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Yığmamız Rusiyanın “Rubin” klubunun əvəzedici komandası ilə qarşılaşıb.

Oyun 2:2 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Rizvan Umarov və Abdulla Abasiyev fərqlənib.

Xəbər 1013 dəfə oxundu.