Ağcabədi rayonunda çoxnövçülük üzrə rayon birinciliyi
30 yanvar Ağcabədi Rayon Mərkəzi stadionunda VMH Poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib. Ağcabədi rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 80 nəfər iştirak edib.

Yarışın məqsədi gəncləri mənəvi və fiziki cəhətdən vətənin müdafiəsinə hazırlamaq olub. Sonda Turan komandası birinci, Gənc idmançılar komandası ikinci, Cəsurlar komandası üçüncü yerə layiq görülüblər.

Xəbər 1012 dəfə oxundu.