“İnter” Daniel Genovla yeni müqavilə imzalamaq istəyir
“İnter” Daniel Genovla yeni müqavilə imzalamaq istəyir. Bank klubu bolqar yarımmüdafiəçiyə 2,5 illik anlaşma təklif edib.

Qeyd edək ki, “İnter” Genovu 2010-2011 mövsümünün əvvəlində Bolqarıstanın “Kom-Minyor” klubundan transfer edib. İlk mövsümdə Bakı klubunda 7 oyuna çıxan Daniel ötən mövsüm “Simurq”a icarəyə verilmişdi – 25 oyun, 1 qol. Yayda yenidən “İnter”ə qayıdan 23 yaşlı oyunçu indiyədək 10 oyunda meydana çıxmaq şansı qazanıb.

Xəbər 961 dəfə oxundu.