“Sumqayıt”la AZAL yoxlama oyunu keçirəcək
Çempionatın ikinci mərhələsinə hazırlaşan “Sumqayıt” və AZAL-ın əvəzedici komandaları yoxlama oyunu keçirəcək. Qarşılaşma sabah “AZAL Arena”da baş tutacaq və saat 11.30-da başlayacaq.

Bu arada “Sumqayıt”ın əvəzediciləri hazırlıqlarını davam etdirir. Vaqif Paşayevin yetirmələri Masazır qəsəbəsində yerləşən “Əlincə” stadionunda məşqə çıxır.

Xəbər 832 dəfə oxundu.