AFFA İntizam Komitəsinin iclası keçirilib
AFFA İntizam Komitəsinin iclası keçirilib. Komitə üzvləri futzal və futbol üzrə həvəskarlar liqasının oyunlarındakı qayda pozuntuları ilə bağlı aşağıdakı qərarları qəbul edib:

11 yanvar 2013-cü il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Ulduz” – “M.U” matçının 25-cı dəqiqəsində “Ulduz” klubunun 14 №-li futbolçusu Nail İsmayılov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 34-cü dəqiqəsində “M.U” klubunun 18 №-li futbolçusu Elçin Mütəllimov qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

11 yanvar 2013-cü il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “İnci” – “Rabitə” matçının 44-cü dəqiqəsində “Rabitə” klubunun 5 №-li futbolçusu Zaur Məmmədov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.4).

18 yanvar 2013-cü il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Titan” – “Qarabağ” matçının 50-ci dəqiqəsində “Titan” klubunun 5 №-li futbolçusu Teymur Səmədov qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
Oyunun 50-ci dəqiqəsində “Qarabağ” klubunun 6 №-li futbolçusu Ceyhun Məmmədov qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

20 yanvar 2013-cü il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Çinar” – “Azercell” matçının 17-ci dəqiqəsində “Çinar” klubunun 10 №-li futbolçusu Rəşad Şükürov hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

Oyunun 19-cu dəqiqəsində “Çinar” klubunun 2 №-li futbolçusu Denis İquminov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra hakimləri təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

26 yanvar 2013-cü il Həvəskarlar arasında Ölkə birinciliyinin “Neftçi” – “Gənclik” matçının 90+2-ci dəqiqəsində “Neftçi” klubunun 8 №-li futbolçusu Elçin Abdullayev idmançıya yaraşmayan hərəkətə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Xəbər 858 dəfə oxundu.