“Xəzər Lənkəran” bir transferi gerçəkləşdirəcək
“Xəzər Lənkəran” qış fasiləsində daha bir transferi gerçəkləşdirmək üzrədir.

Neçə vaxtdır qapıçı axtarışında olan Cənub təmsilçisinin ispaniyalı qapıçı Antonio Doblasla müqavilə imzalayacağı gözlənilir.

Doblas Antalyaya gedərək “Xəzər Lənkəran”ın düşərgəsinə qoşulub.

Qeyd edək ki, 32 yaşlı qapıçı İspaniyanın “Betis”, “Saraqosa”, “Hueska” klublarında çıxış edib. Mövsümün ilk yarısını "Saraqosa"da keçirən Doblas ehtiyatda qaldığı üçün "Xəzər Lənkəran"ın təklifinə "hə" deyib.

Baş məşqçi Karles Bakesi nəzərə almasaq, Doblas Alvaro Silvadan sonra "Xəzər Lənkəran"ın fasilədə heyətinə qatdığı ikinci ispan futbolçudu.

Xəbər 828 dəfə oxundu.