“Azərreyl” - “Yamamay” görüşünün vaxtı müəyyənləşib
Bakının qadınlardan ibarət “Azərreyl” voleybol komandası Çempionlar Liqası yarışlarının ikinci mərhələsində İtaliyanın “Yamamay” kollektivi ilə cavab oyununun vaxtını müəyyənləşdirmişdir.

Bakı təmsilçisi İtaliya çempionunu fevralın 13-də saat 18:00-da Azərbaycan Voleybol Mərkəzində qəbul edəcəkdir.

Qeyd edək ki, komandalar arasında birinci oyun fevralın 5-də Bakı vaxtı ilə saat 23:30-da İtaliyada keçiriləcəkdir.

AzərTAc

Xəbər 813 dəfə oxundu.