Mişel karyerasını Almaniya Bundesliqasında davam etdirəcək
Lion “Olimpik”in futbolçusu Mişel Bastos karyerasını Almaniya Bundesliqasında davam etdirəcək. 29 yaşlı brazliyalı sol cinah oyunçusu “Şalke 04″lə müqavilə bağlayıb.

Bastos Almaniya klubuna 1,8 milyon avro qarşılığında icarə əsasında keçib. O, “Şalke 04″lə 2014-cü ilin 30 iyununadək qüvvədə olacaq 1,5 illik müqavilə bağlayıb.

DÇ-2010-un bütün oyunlarında Braziliya millisinin formasını geyinən futbolçu ümumilikdə yığmada 10 oyun keçirərək, 1 qol vurub. O, “Olimpik”dən başqa Braziliyanın “Atletiko Paranaense”, “Qremio”, “Fiqueirense”, Hollandiyanın “Feyenoord”, “Ekselsior” və Fransanın “Lill” klublarında çıxış edib.

Bu arada “Şalke 04″ün futbolçusu Levis Holtbi karyerasını İngiltərədə davam etdirəcək. Almaniya U-21-nin sabiq kapitanı, 22 yaşlı futbolçu 1,75 milyon avro transfer haqqı qarşılığında “Tottenhem”ə keçib.

Xəbər 852 dəfə oxundu.