Sandro Rosell Viktor Valdes üçün “yaşıl işıq” yandırıb
“Barselona”nın prezidenti Sandro Rosell bir neçə gün əvvəl komandadan ayrılacağını açıqlayan Viktor Valdes üçün “yaşıl işıq” yandırıb. Prezident qərarını dəyişəcəyi halda qapılarının qolkiperin üzünə açıq olduğunu bildirib.

“Valdes mənə komandadan ayrılmaq istədiyini dedi. Amma mən fikrini dəyişdirəcəyinə ümid edirəm. Qapımız hər zaman onun üçün açıqdı. “Osasuna” matçındakı oyunu ilə bizim üçün nə qədər önəmli oyunçu olduğunu bir daha göstərdi. Valdes gedəcəyi halda yerini doldurmaq üçün hələ heç bir variantımız yoxdu”, deyə Rosell bildirib.

Xəbər 917 dəfə oxundu.