Kaka Rusiyanın “Anji” klubuna transfer ola bilər
“Milan”a transfer olunacağı gündəmdə olan Madrid “Real”ının oyunçusu Kaka Rusiyanın “Anji” klubuna transfer ola bilər. “Anji” rəhbərliyi “Real”la danışıqlara başlayıb.

“Anji”nin idman direktoru, “Real”ın sabiq futbolçusu Roberto Karlos da bu keçidlə bağlı fəaliyyətə başlayıb. Məlumata görə, Roberto Karlos Madridə gedərək Kakanın transfer işini bitirməyə çalışır. “Anji”nin baş məşqçisi Quus Hiddink də Avropa liqasında daha yaxşı bir heyətlə çıxış etmək üçün Kakanı komandasında görmək istədiyini bildirib.

Xəbər 812 dəfə oxundu.