Şamaxıda voleybol üzrə rayon birinciliyi keçirilib
Yanvarın 24-26-da Şamaxı rayonun 9-saylı tam orta məktəbin idman zalında məktəbli yeniyetmələr arasında il boyu spartakiadasının proqramına daxil olan voleybol üzrə rayon birinciliyi keçirilib. İdmanın inkişafı və kütləviliyini artırmaq məqsədilə keçirilən yarışda ümumilikdə 60-a yaxın idmançı qatılıb. Gərgin və çox maraqlı keçən idman mübarizəsindən sonra qaliblər müəyyən olunublar. Belə ki, oğlanlar arasında birinciyə 9 saylı, ikinciyə 10 saylı, üçüncüyə 3 saylı tam orta məktəb, qızlar arasında isə birinciyə 9 saylı, ikinci yerə Göylər kənd 1 saylı tam orta məktəbin şagirdləri layiq görülüblər.

Sonda qaliblər Şamaxı rayon Gənclər və İdman idarəsi tərəfindən müvafiq diplomlarla təltif olunublar.

Xəbər 1091 dəfə oxundu.