PSJ növbəti matçını qələbə ilə başa vurub
PSJ Liqa 1-də növbəti matçını qələbə ilə başa vurub. Bu dəfə də qapısını toxunulmaz saxlayan Paris təmsilçilərinin qolkiperi Salvator Siriqu tarixə düşüb. Siriqu 775 dəqiqə qapısını qoldan qoruya bilib.

İtaliyalı qolkiper artıq çempionatda 8-ci ardıcıl oyunda qapısında qol görməyib. Bu ada ən son Fransada 1996/97 mövsümündə Bernard Lama layiq görülmüşdü. Lama 697 dəqiqə qapısını müdafiə edə bilmişdi.
Qeyd edək ki, qapısını ən çox toxunulmaz saxlayan qolkiper 1992/93 mövsümündə 1176 dəqiqə “Bordo” forması ilə Gaetan Huard olmuşdu.

Xəbər 811 dəfə oxundu.