Devid Bekhem “Arsenal” ın heyətində
İngiltərə milli komandasının sabiq kapitanı Devid Bekhem bu gündən etibarən “Arsenal”ın heyətində məşqlərə başlayacaq. 37 yaşlı yarımmüdafiəçi yeni komanda tapanadək formasını qorumaq üçün bu addımı atıb.

O, 2012-ci ilin sonlarında ABŞ-ın “Los-Anceles Qalaksi” klubunu tərk edib. Bununla da Bekhem okeanın o tayında 5 illik karyerasına son qoyub. Ulduz futbolçunun “Arsenal”a dəvət olunmasının təşəbbüskarı baş məşqçi Arsen Venger olub. Hazırda Devid Bekhemlə İtaliyanın “Milan”, Fransanın PSJ, İngiltərənin KPR və “Vest Hem” klublarının maraqlanır.

Xəbər 810 dəfə oxundu.