İmişlidə karate üzrə rayon birinciliyi
İmişli rayon Gənclər və İdman idarəsi təşkilatçılığı 22-23 yanvar tarixlərində yeniyetmə və gənclər arasında karate üzrə rayon birinciliyi keçirilib. Yarışın keçirilməsində məqsəd karate idman növünün rayonumuzda təbliğini genişləndirmək, böyüməkdə olan yeniyetmə və gəncləri sağlam həyat tərzi sürməsinə köməklik göstərməkdir.

İmişli İdman Kompleksində təşkil olunmuş yarışda 55 idmançı iştirak edib. Əsasnaməyə görə təyin olunmuş yaş və çəki üzrə birinci, ikinci və üçüncü yeri tutan karateçilər İmişli rayon Gənclər və İdman idarəsi diplom, medal və kubokla mükafatlandırılıblar.

Xəbər 913 dəfə oxundu.