Cavid İmamverdiyev Kiyev “Dinamo”sundan ayrılıb
Millimizin və “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Kiyev “Dinamo”sundan ayrılıb. Gənc futbolçunun Kiyev klubuna keçidi baş tutmayıb.

Bir müddət “Dinamo”nun ikinci komandasında baxışdan keçən İmamverdiyevin əsas komanda götürülməməsi onun Kiyevdən ayrılmasına səbəb olub. Futbolçu ikinci komandada çıxış etmək istəməyib.

Bu üzdən də Cavid Antalyaya qayıdaraq, “Neftçi”nin düşərgəsinə qoşulacaq və yanvarın 29-da yığmamızın Dubay toplanışına yollanacaq.

Xəbər 865 dəfə oxundu.