«Qala-Atena» vahid lider oldu
Basketbol üzrə ölkə çempionatında 5-ci turun görüşləri keçirilib. İndiyədək məğlubiyyətsiz irəliləmiş liderlər – «Qala-Atena» və «NTL-Maxxis» bir-biri ilə qarşılaşıblar. Yeni adı ilə ilk görüşünə çıxan «Qala-Atena» 95:77 hesabı ilə qalib gələrək, çempionatın vahid liderinə çevrilib. AzTOP – AzDBTİA-nı 86:69 hesabı ilə üstələyib. «Gəncə» BDU-ya böyük hesabla qalib gəlib – 148:60.

5 turdan sonra turnir cədvəlində vəziyyət belədir: 1.«Qala-Atena» – 10 xal, «NTL-Maxxis» – 9, Gəncə» – 8, AzTOP – 7, AzDBTIA – 6, BDU – 5.

Xəbər 954 dəfə oxundu.