Azərbaycan yığması yoldaşlıq oyunu keçirib
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Bernhard Lippert yetirmələrini Almaniyanın “Homburq” klubu ilə oyunda sınayıb.

Qarşılaşma yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Rizvan Umarov və Firuz Yusupov fərqlənib.

Xəbər 820 dəfə oxundu.