“İnter” Türkiyədə hazırlıqlarını davam etdirir
“İnter” Türkiyədə hazırlıqlarını davam etdirir. Yanvarın 25-də keçirilmiş yoxlama matçından sonra baş məşqçi Kaxaber Tsxadadze yetirmələrinə bir günlük istirahət vermişdi.

Dünən istirahət başa çatıb və məşqlər yenidən start götürdü. Səhər saatlarında nəzəri məşğələ başlayıb, axşam isə komanda meydançada baş məşqçinin tapşırıqlarını yerinə yetirib. Məşq prosesi qapılara zərbə endirməklə başa çatıb

Qeyd edək ki, “İnter” növbəti yoxlama matçını yanvarın 30-da keçirməyi planlaşdırır. “Bankirlər” bu dəfə Qazaxıstanın “Ordabası” klubu ilə qarşılaşacaq

Xəbər 838 dəfə oxundu.