“Neftçi” “Amkar”a böyük hesabla uduzub
Antalyada təlim-məşq toplanışında olan “Neftçi” dördüncü yoxlama oyununu keçirib. “Ağ-qaralar” Rusiyanın “Amkar” klubu ilə üz-üzə gəlib.

Qarşılaşma “Neftçi” üçün çox uğursuz alınıb. İlk üç oyunda qələbə qazanan Bakı klubu bu dəfə darmadağına üzülüb – 0:4.

Qeyd edək ki, “Neftçi” Antalyadakı ilk matçında Rusiyanın “Rotor” klubunu 1:0 hesabı ilə məğlub etmişdi. Qazaxıstanın “Aktobe” klubu ilə görüşdə 3:2 hesablı qələbə qazanan “ağ-qaralar” Makedoniya “Turnovo”sından da üstün olmuşdu – 2:1.

Xəbər 859 dəfə oxundu.