Eriksson Bekhemi komandaya dəvət etmək istəyir
İngiltərə yığmasının keçmiş baş məşqçisi, Birləşmiş Ərəb Əmirliklərinin «Əl-Nəsr» komandasına baş məşqçi təyin olunan Sven Qoran Eriksson, yeni işində ilk addım kimi vaxtilə dumanlı Albionda onun rəhbərliyi ilə çıxış etmiş Devid Bekhemi komandaya dəvət etmək istəyir. İdman.com.az saytının məlumatına görə, məşqçi bu barədə deyib:

«Əgər Devid gəlmək istəyində olsa, klubun qapıları onun üzünə açıq olacaq. İnanıram ki, «Əl-Nəsr» bu keçidin baş tutması üçün əlindən gələni edəcək. Deyə bilərəm ki, mən artıq Devidlə danışıqlara başlamışam. Lakin onun karyerasını harada davam etdirəcəyini deyə bilmərəm».

Xəbər 798 dəfə oxundu.