Balotelli üçün Mekses qurban verilir
«Milan»ın 30 yaşlı mərkəz müdafiəçisi Filpp Mekses klubu tərk edə bilər. İtalyan klubu futbolçu ilə vidalaşmağa hazırdır. İdman.com.az saytının məlumatına görə, belə bir qərara klub rəhbərliyi «Mançester Siti»nin forvardı Mario Balotellini əldə etmək üçün gəlib.

Bundan əlavə Meksesin satışı milanlılara maaş yükünü azaltmağa kömək edəcək. «Mançester Siti» Balotellini elə də asan əldən vermək niyyətində deyil. İngilislər futbolçunun satışından 28 milyon avro qazanmağı düşünürlər. «Milan» isə hazırda 22 milyon ödəməyə hazırdır.

Xəbər 999 dəfə oxundu.