UEFA-dan «Fənər»ə cəza
UEFA-dan «Fənərbağça»ya 1 oyun tamaşaçısız oynamaq cəzası gəldi. İdman.com.az saytının məlumatına görə, fevralın 21-də da Belarus BATE-si ilə oynayacaq «Fənərbağça» azarkeşlərindən məhrum mübarizə aparacaq.

«Fənərbağça»dan bu cəza ilə bağlı verilən açıqlamada deyilənlərə əlavə olaraq bildirilir:

«Eyni zamanda 40 min avro pul cəzasına məruz qalan klubumuzun, «tamaşaçısız oynamaq» qərarına 3 gün ərzində etiraz etmək haqqı vardır. Bu məzmunda lazımlı müraciət edilən kimi ictimaiyyətə xəbər veriləcək».

Xəbər 893 dəfə oxundu.