Özil Berlində qalacaq
Madrid «Real»ının türk ulduzu Məsud Özili bundan sonra Berlində görmək olacaq. Lakin futbolçunun özünü deyil, mum fiqurunu. Onun mum fiquru madam Tüssonun muzeyində nümayiş etdiriləcək.

İdman.com.az saytının məlumatına görə, futbolçu özü bu barədə deyib:

«2013-cü ilin iyunundan mən «özümü» görməyə gedə bilərəm. Çünki «mən» Berlində madam Tüssonun muzeyində duracağam. Muzeydə fiquru qoyulacaq ilk oynayan almaniyalı futbolçu olacağım üçün qürur duyuram. Məni azarkeşlərin seçdiyinə görə də qürur duyuram. Hazırda Madriddə mənim ölçülərimi götürürlər. Mum fiqur kimi necə görünəcəyim mənə maraqlıdır».

Xəbər 988 dəfə oxundu.