Dentinyo 1 il «Beşikdaş»da
«Beşikdaş» Dentinyonun transferini rəsmi olaraq açıqladı. 6 aylıq icarəyə götürülməsi gözlənilən braziliyalı ulduz sürpriz bir şəkildə 2014-cü il yanvarın 1-dək 1 il müddətinə icarəyə götürülüb. İdman.com.az saytının məlumatına görə, «Beşikdaş» futbolçunu tam alma hüququna da malikdir. Bu halda 9 milyon avro ödəmək lazım gələcək.

İstanbullular futbolçu üçün Donetsk «Şaxtyor»una 1 milyon avro ödəyəcək. Əgər futbolçunu gələn mövsümün ikinci yarısı üçün də saxlanmaq istəyi olsa, daha 700 min avro ödəmək lazım gələcək.

Futbolçunun özünə hər yarımillik dövr üçün 600 min avro ödənəcək. Müqavilə daha yarım il uzadılarsa, həmin dövrdə də maaş dəyişilməyəcək. Bundan əlavə, futbolçunun meydana çıxmasına görə alacağı qonorarlar aşağıdakı cədvəldə əks olunub:

- 1 ildə 15 matçda ilk 11-likdə meydana çıxarsa 100 min avro əlavə ödənəcək.
+ 15 matçda ilk 11-likdə çıxmayıb heyətdə olsa 50 min avro ödənəcək.
- 25 matçda ilk 11-likdə meydana çıxarsa, daha 100 min avro ödənəcək.
- 25 matçda ilk 11-likdə çıxmayıb heyətdə olarsa, daha 50 min avro ödənəcək.

Cəmdə futbolçuya maksimum 200 min avro əlavə ödəniş ediləcək.

Xəbər 1461 dəfə oxundu.