“Qarabağ” daha bir yoxlama oyunu keçirəcək
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” daha bir yoxlama oyunu keçirəcək. Görüş sabah baş tutacaq.

Artıq rəqibin kimliyi də bəllidi. Belə ki, “Qarabağ” Litvanın “Ekranas” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19.00-da başlayacaq və Bələkdəki “İC Santai”nin futbol meydançasında baş tutacaq.

Xəbər 847 dəfə oxundu.