Nenad Stoyanoviç özünə yeni iş yeri tapıb
“Simurq”dan ayrılan Nenad Stoyanoviç özünə yeni iş yeri tapıb. Serb futbolçu karyerasını vətənində davam etdirəcək.

Belə ki, Nenad sabiq klubu “Rudar”a dönüb. O, artıq yeni klubunda debüt edib. Belə ki, Stoyanoviç OFK ilə yoldaşlıq oyununun ikinci yarısında meydana çıxıb.

Qeyd edək ki, 33 yaşlı futbolçu “Simurq”a məhz bu klubdan gəlmişdi. 2011-2012 mövsümündə “Rudar”da çıxış edən Nenad 28 oyunda 9 qol vurub. O, yaydan formasını geyindiyi “Simurq”da 13 dəfə meydana çıxıb.

Xəbər 1135 dəfə oxundu.