Yeniyetmə qızlar Ukrayna yolunda
6-8 fevralda Ukraynanın Krivoy-Roq şəhərində sərbəst güləş üzrə yeniyetmə qızlar arasında ənənəvi beynəlxalq turnir keçiriləcək. İdman.com.az saytının məlumatına görə, bu yarışda milli komandamız da iştirak edəcək.

Turnirdən öncə yığma komandanın üzvləri birgə təlim-məşq toplanışına qatılacaq. 25 yanvar – 6 fevralda baş tutacaq təlim-məşq toplanışına 7 güləşçimiz qatılacaq.

Məşqçi Rövşən Süleymanovun rəhbərliyi ilə Ukraynaya yollanacaq heyətdə Ülkər Babayeva (37 kq), Türkan Nəsirova (44 kq), Şəbnəm Əhmədova, Leyla Qurbanova (hər ikisi - 48 kq), Səbinə Həmzəzadə (51 kq), Leyla Orucova (55 kq) və Ləman Qurbanova (59 kq) yer alıblar.

Xəbər 4289 dəfə oxundu.