“Kəpəz” ev oyunlarını “Dalğa Arena”da keçirəcək
“Kəpəz”in əsas heyəti ikinci dövrənin ev oyunlarını “Dalğa Arena”da keçirəcək. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Gəncə klubunun əvəzedici komandasi isə rəqiblərini Şəmkir Olimpiya Kompleksinin stadionunda qəbul edəcək. PFL-ə müvafiq məktub ünvanlayan klub buna səbəb kimi Gəncə şəhər stadionun ot örtüyünün yararsız, tamaşaçı sektorunun isə qəzalı vəziyyətdə olmasını göstərib.

Xəbər 1061 dəfə oxundu.