Ruben Seleş “Neftçi”də
Antalya hazırlığını davam etdirən “Neftçi” fiziki hazırlıq üzrə mütəxəssis, ispaniyalı Ruben Seleş Kastellonu düşərgəsinə dəvət edib. UEFA Pro kateqoriyalı Ruben Seleş “Barselona” klubunun “Master” diplomuna layiq görülüb.

Peşəkar məşqçi karyerasına 2008-ci ildə başlamış məşqçi İspaniyanın “Valensiya, “Vilyareal” və Yunanıstanın “Aris”, “Asteras” kimi klublarında çalışıb. Ruben Seleş bu günkü məşqdə komanda heyətinə təqdim olunub.

Xəbər 982 dəfə oxundu.