Almaniya Bundesliqasında ilginc transfer reallaşıb
Almaniya Bundesliqasında ilginc transfer reallaşıb. Millimizin üzvü Ali Gökdemirin çıxış etdiyi “Hannover 96″ klubunun transfer etdiyi futbolçu göstərilən fiziki göstəricilərə malik olmayıb.

Belə ki, Braziliyanın “Koritiba” klubundan alınan Velinqton Muniz dos Santosun (França) boyunun 1.90 metr olduğu bildirilir. Lakin məşq zamanı baş məşqçi Mirko Slomka onun boyunun qısa olduğunu görüb. Özü 1.87 metr olan baş məşqçi ondan balaca olan futbolçunun boyunun ölçülməsini tələb edib. Məlum olub ki, Françanın boyu 1.90 yox, 1.81 metrdi. Buna baxmayaraq, komandada saxlanılan futbolçunun transferi Almaniya mətbuatı tərəfindən qalmaqal adlandırılıb.

Xəbər 840 dəfə oxundu.