“Dənizlispor” daha bir futbolçu transfer edib
Rail Məlikovla Arif İsayevin çıxış etdiyi “Dənizlispor” daha bir futbolçu transfer edib. Dənizli klubu “Dənizli Bələdiyyəspor”dan Hasan Dəmiri heyətinə qatıb.

Klubdan verilən açıqlamada bildirilir ki, baş məşqçi Selahattin Derventin müdafiə xəttinə yeni oyunçu istəməsindən sonra danışıqlara başlanılan futbolçu ilə anlaşma əldə olunub. Onunla bu həftə ərzində müqavilə imzalanacaq.

Xəbər 822 dəfə oxundu.