“Barselona”nın sabiq prezidenti açıqlamalar verib
“Barselona”nın sabiq prezidenti Xuan Laporta maraqlı açıqlamalar verib. Sabiq klub rəhbəri Kriştiano Ronaldo və Kakanın “Barselona”ya keçmək ehtimalının olduğunu etiraf edib.

Sporting formasıyla gösterdiği performansın ardından önemli bir genc yetenek olarak Avrupa futbol piyasasının dikkatini cezbeden Ronaldo, Manchester United’a giderek burada dünya yıldızı haline gelmişti.
“Onda Cero”ya danışan Laporta Ronaldonun “Sportinq”də oynadığı vaxt onlara təklif olunduğunu bildirib: “Jorge Mendes o dönəm gənc futbolçu Kriştiano Ronaldonu bizə göstərdi. Onu “Mançester Yunayted”in ödədəyindən daha az pula transfer edə bilərdik. Amma Rikardo Kuareşma və Dekonu yeni almışdıq deyə, maddi imkanlarımız yetərli deyildi”.

Laporta eyni şəkildə Kakanın da “Barselona”nın qapısından döndüyünü bildirib: “Silvio Berluskonini ilə yeməkdəydik və mənə Ronaldinyo qarşılığında Kakanı təklif etdi. O dönəmdə bunu düşünməyimiz belə mümkün deyildi. Çünki Ronaldinyo komandanın əsas silahı idi. Berluskoni bu təklifi əvvəlcə zarafatla etdi, amma sonra ciddiləşdi”.

Xəbər 954 dəfə oxundu.