Polis «Olimpik»də axtarış edib
Çərşənbə günü Marsel «Olimpik»inin mənzil-qərargahına çağırılmamış qonaqlar təşrfi buyurub. İdman.com.az saytının xəbərinə görə, səhər saatlarında 10-a yaxın polis qərargahın inzibati binasına və ofislərinə daxil olaraq axtarışa başlayıb.

Axtarışlar komandanın baş direktoru Filipp Peresin iştirakı ilə aparılıb. Lakin nə o, nə də həmin hadisələri izləyən digər klub rəsmiləri Joze Aniqo və Vensan Labryun sorğuya çəkilməyiblər.

Sonradan klubda izah ediblər ki, bu axtarışlar birbaşa «Marsel»ə aid deyil. Bu, başqa məsələlrlə bağlı istintaqın tərkibidir.
Mətbuatda isə güman edirlər ki, axtarış mütəşəkkil bir cinayətkar dəstənin transfer gedişlərində pul qoparmaq cəhdləri ilə bağlıdır.

Xəbər 1021 dəfə oxundu.