Sisse «Yuventus»da?
«Kuinz Park Reyncers»in forvardı Cibril Sisse İtaliya çempionatına dönə bilər. İdman.com.az saytının məlumatına görə, ötən mövsümün ilk yarısını «Latsio»da keçirmiş futbolçu ilə «Yuventus» maraqlanır.

«Qoca sinyora» bu qış hücum xəttini gücləndirmək istəyir. Turinlilər daha əvvəl «Şanxay Şenxua»nın forvardı Didye Droqbanı icarəyə götürmək istəyirdi.

Sisse bu mövsümdə KPR-in 19 oyununda 4 qol vurub və komandanın baş məşqçisi Harri Rednapp daha ona ümid bağlamır.

Xəbər 1108 dəfə oxundu.