Aysal Sneyderi 3-4 gün də gözləyəcək
«Qalatasaray»ın prezidenti Ünal Aysal mətbuata açıqlamasında klubunun niderlandlı yarımmüdafiəçi Uesli Sneyder üçün «İnter»ə 7,5 milyon avro təklif etdiyini bildirib. İdman.com.az saytının məlumatına görə, «sarı-qırmızılar»ın başqanı bu keçidin baş tutmasında çox israrlıdır:

«Biz daha 3-4 gün Sneyderin cavabını gözləyəcəyik. Anlama baş tutmazsa, bizim alternativ variantımız da var. Mətbuatda gedən rəqəmlər düzgün deyil. Oyunçunun özü bizim 7,5 milyon avroluq təklifimizdən xəbərdardır. Mən bu transferin baş tutmamasına səbəb görmürəm. Lakin bu, baş tutmasa belə, bizim üçün dünyanın sonu olmayacaq».

Xəbər 876 dəfə oxundu.