“Simurq”un futbolçusu irqçilik edib
“Simurq”un futbolçusu irqçilik edib. Dünən Qazaxıstanın “Akjayık” klubu ilə keçirilən yoldaşlıq oyununda Nicat Qurbanov xoşagəlməz hərəkətə yol verib.
Qazaxıstan mətbuatının məlumatına görə, Nicat kamerunlu müdafiəçisi Haman Sacoya qarşı irqçilik edib. Bu səbəbdən matçın baş hakimi olan həmyerlimiz Ömər Paşayev onu meydandan qovub.
Qeyd edək ki, “Simurq” Qazaxıstan klubuna 0:1 hesabı ilə uduzub. Matçın yeganə qoluna serb Marko Corceviç künc zərbəsindən sonra imza atıb.

Xəbər 807 dəfə oxundu.